1972-ci ildən sonra ilk dəfə olaraq noyabrın 26-da Las-Veqasda keçiriləcək “Miss Kainat” gözəllik müsabiqəsində İraq gözəli iştirak edəcək.
İraqı yarışda 27 yaşlı Sara Aydan təmsil edəcək. O, “Miss İraq” yarışında ikinci yeri tutub. İlk yeri qazanmış Fiyyan Süleymani isə bu tuituldan məhrum edilib, belə ki, yarışdan sonra onun ailəli olması məlum olub.
Builki “Miss Kainat” gözəllik müsabiqəsi sayca 66-cıdır.
Müstəqil.Az