“Telegram” messencerinin istifadəçilərinin sayı son 72 saat ərzində 25 milyon artıb.
Müstəqil.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə sözügedən sosial şəbəkə proqramının yaradıcısı Pavel Durov məlumat yayıb.
“Yalnız son 72 saat ərzində “Telegram”a 25 milyon yeni istifadəçi qatılıb”, – deyə P. Durov qeyd edib.
O əlavə edib ki, son 72 saat ərində Asiyadan 38 faiz, Avropadan 27, Latın Amerikasından 21, Orta Şərq-Şimali Afrika ölkələrindən isə səkkiz faiz istifadəçi “Telegram”a qoşulub.