SON DƏQİQƏ: ABŞ-dan Türkiyəyə “F-35” ZƏRBƏSİ

ABŞ Türkiyəyə “F-35” döyüş təyyarələri üçün hissələrin tədarükünü dayandırıb.

Publika.az xəbər verir ki, bu haqda “Röyters” agentliyi mənbəyə istinadən məlumat yayıb.

Qərara səbəb kimi Türkiyənin Rusiyadan “S-400” zenit-raket kompleksləri alması göstərilir.

Pentaqon Türkiyəyə F-35 üçün hissələrin tədarükünün dayandırılmasını təsdiq edib. Bildirilib ki, Türkiyə “S-400” zenit-raket sistemlərindən imtina etməyənə qədər “F-35” üçün hissələrin tədarükü və Türkiyəyə “F-35” ilə əlaqədar operativ potensialın verilməsi ilə bağlı fəaliyyət dayandırılıb.

Qurumdan əlavə ediblər ki, Türkiyə ilə bu istiqamətdə danışıqlar davam etdirilir.
Müstəqil.Az
Share: