SON DƏQİQƏ: Azərbaycanda yenə zəlzələ olub

Azərbaycanda maqnitudası 3,5 olan zəlzələ qeydə alınıb.

Metbuat.az-ın AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən verdiyi xəbərə görə, zəlzələ bu gün saat 20:43:42-də, Bərdədən 8 km cənub-qərbdə qeydə alınıb.

Ocağı 24 km dərinlikdə qeydə alınan yeraltı təkanlar episentrdə 3 bala qədər hiss olunub.

Yeraltı təkanlar Ağdam rayonunda da hiss olunub.

Share: