Avqustun 13-ü saat 02:30-dan etibarən isə Azərbaycan Ordusunun Füzuli rayonunun Yuxarı Veysəlli, Xocalı rayonunun Sığnaq yaşayış məntəqələri və Şuşa şəhəri ətrafındakı mövqeləri atıcı silahlardan atəşə tutulub.
Müstəqil.Az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinə məlumat yayıb.
Məlumatda qeyd olunur ki, bu istiqamətlərə atəş, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən açılıb.
Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.
Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.
Müstəqil.Az