Rusiya və ABŞ-la diplomatik danışıqlar uğursuz olacağı təqdirdə, Türkiyə Suriyada PKK/YPG terror təşkilatına qarşı yeni hərbi əməliyyatlara başlayacaq.
Müstəqil.az xəbər verir ki, bu barədə “Röyters” Türkiyədəki rəsmi mənbələrə istinadla məlumat yayıb.
Agentlik qeyd edib ki, ən pis ehtimalı nəzərə alan Türkiyə indidən əməliyyat hazırlığını göstərir.
Məlumatda başda Tel-Rıfat olmaqla, potensial terror yuvalarının hədəfə alınacağı iddia olunub:
“Suriyadakı yeni əməliyyatın vaxtı dəqiq deyil. Buna baxmayaraq, Türkiyə Silahlı Qüvvələri və Milli Kəşfiyyat Təşkilatı (MİT) hazırlığa başlayıb.
Qərar verilib və lazım olan ölkələrlə əlaqələndirmə aparılacaq. Məsələ ABŞ və Rusiya ilə müzakirə olunacaq. Diplomatiya nəticə verməsə və YPG bu bölgələri (Tel-Rıfat və digər) tərk etməsə, əməliyyat qaçılmaz görünür”.