“Azərbaycanda 2015-2016-ci illərdə 43 qadın məişət zorakılığı nəticəsində qətlə yetirilib”.
Müstəqil.Az “Report”a istinadən xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfirinin müavini Uilyam Gill “Heç kim kənarda qalmasın: Qadınlara və qızlara qarşı zorakılığa son” adlı konfransda deyib.
O bildirib ki, Azərbaycanda da qadınlara və qızlara qarşı zorakılıq edilir: “Azərbaycanda 2015-2016-cı illərdə qadınlara qarşı zorakılıqla bağlı 1688 fakt qeydə alınıb ki, nəticədə 43 qadın qətlə yetirilib”.
U.Gilin sözlərinə görə, zorakılıq qaçılmaz haldır: “Dünyada hər 3 qadından biri zorakılıqla üzləşir”.
Müstəqil.Az