Bu gün koranaviruslu xəstələrlə işləyən həkimlərə nə kimi müdafiyə geyimləri verilir dəqiq bilmirəm. Lakin bizim digər xəstəxanalarda da işləyən həkimlərimiz var. Bir həkim gündə 10-20 xəstə qəbul etmiş olur. Hər hansı xəstənin isə dəqiq diaqnozu müayinədən sonra məlum olur. Həkimin taxdığı maska(tərcüməsi yəqin ki yaşmaqdır) həkimi hər hansı virusdan qoruyarmu?
Həkimin gün ərzində qəbul etdiyi birinci xəstə virus daşıyıcısı olarsa, vay o həkimin də halına, həmən gün və sonrakı günlər həmən həkimin yanına gəlmiş xəstənin də. Bir virus daşıyıcısı bununla görün neçə adamı virusa yoluxdurmuş olur. Belə olmuş halda karantinin əhəmiyyəti 0-a enmiş olur. Necə ciddi karantin rejimi bərpa edirsən et. Hazır virus bu halda adamın qapısına gəlir. Viruslu xəstələrlə işləyən həkimlərin də virusa yoluxmasının səbəbi yəqin ki, onların da müdafiə geyimləri ilə təımin olunmamasıdır. Yoxsa Ağ ciyər xəstəlikləri insitutunda, Cərrahiyyə klinikasında digər karantin xəstəxanalarında işləyən həkimlər virusa yoluxmazdı.
Viruslu xəstələrlə işləyən həkimlər özlərini qurban deyiblər, xalq üçün ,vətən üçün hər şeyi gözlərinə alıblar. Ancaq bu o demək deyil ki, onlara bu münasibət göstərilməlidir. Əgər dövlət büdcəsinin vəsaiti, korana virusa dəstək fondunun vəsaiti catmırsa, qoy yeni bir fond yaradılsın, pul toplansın. Ölkə də olan bütün həkimlərə vurusdan müdafiə üçün günün tələblərinəı cavab verən müdafiə paltarları, baş geyimləri, ayaqqabılar alınsın. Bu haqda mən TƏBİB-ə dəfələrlə zəng etmişəm, telefona cavab verən olmayıb. Respublika Nazirlər Kabinetinin yanında olan Qərərgaha zəng vurmuşam. Bir neçə dəfə adımı, soyadımı sorublar ki təklif kimi yazaq. Hələ nəticə yoxdur. Rayonumuzda, Masallıda olan iki deputatla danışmışam. Biri söz verdi ki, sabah bu məsələni Milli Məclisdə qaldıracam. Həmən gün Milli Məclisin iclası oldu. Ancaq Cənab deputat heç ağzını açıb danışmadı, nə inkli bu haqda ,ümumiyyətlə susdu. O deputat iki həftə bundan qabaq söz versə də o, Milli Məclisdə nəinki bu məsələni, heç əlini də qaldırmadı. Əgər bü gün ölkənin, xalqın taleyi həll olunan məsələdə deputat sususrsa, bəs nə vaxt danışacaq? Səni seçmiş xalq üçün,özün üçün, ölkə üçün danışmırsansa, kimin üçün, nə üçün danışacaqsan, Cənab deputat? Bəlkə susmaq üçün, danışmamaq üçün seçilmisən?..
Vüqar Mahmudov
Masallı