Karantin müddətində işçi heyyətinin 50%-ə icazə verilməsinin heç bir müsbət tərəfi yoxdur.
Əksinə bir çox mənfi tərəfləri var. Bu qərarı verənlər görəsən heç bu haqda düşünüblərmi.
Bu iqtisadiyyata böyük zərər vuracaq və işsizliyə şərait yaradasaq. Hər hansı bir sahibkar işini görə biləcək sayda işçi saxlayır. Karantin müddətinin nə vaxta kimi uzanacağını, pamdemiyanın nə vaxt redd olub getməsini hələ heç kim bilmir.
50 % işçi ilə sahibkarın işi tamamilə dayanmış olur. İş dayanmış olursa təbii ki, sahibkar işlətdiyi (daha döğrusu icazə aldığı 50 % işçinin) işçinin əmək haqqını verə bilməyəcək, nəinki icazə almadığı işçinin işləmədiyi üçün də . Fəaliyyəti olmayan sahibkarin vergi öhdəliyi yarana bilməz. Bu qərar işsizliyə bir başa şərait yaratmış olur. Əgər sahibkar yavaş-yavaş az işçi sayı ilə işləməli olursa təbii ki, 50 % işçini işdən azad edəcək.
İqtisadiyyat Nazirliyinin rəhbərliyi heç bu haqqda düşünübmü görəsən?
Bu bütünlükdə iqtisadiyyatın tənəzzülünə xidmət etmiş olur.
Bu haqda dərindən və ətraflı düşünmək lazımdır.
Bu işsizliyin artmasına xidmət etmiş olur.
Vüqar MAHMUDOV