Sosial şəbəkədə yoldaşı ilə toy fotosunu paylaşdı.AZƏRBAYCANLI AKTRİSANI məhkəməyə verdilər…


Bir müddət öncə türkiyə vətəndaşı Murad Temizlə ailə həyatı quran azərbaycanlı aktrisa Cəmilə Tağızadə məhkəməyə verilib.

Müstəqil.Az Publika.az -a istinadən xəbər verir ki, onun məhkəməyə verilmə səbəbi də qeyri adidir. Belə ki, aktrisanın həyat yoldaşının keçmiş arvadı onu ailə fotoları paylaşaraq narahatçılıq yaratdığını bildirib və məhkəməyə müraciət edib. Bu barədə aktrisa sosial şəbəkədə məlumat verib:

“Sizi heç sosial şəbəkələrdə foto paylaşdığınıza görə məhkəməyə veriblər? Amma məni hə. Özü də bilirsiniz kim? Həyat yoldaşımın keçmiş arvadı. Baxmayarq ki, qadın həm feysbuk, həm də instaqramımda blokdadır və mən onunla bağlı heç bir paylaşım etməmişəm. Onun mənə yazmağına rəğmən, heç vaxt ona cavab verməmişəm. Ancaq məndən şikayət var. Sən demə, mən qadını öz həyat yoldaşımla fotolar paylaşdığıma görə narahat edirmişəm. Günümüz məhkəmə və icralarda keçir”.

Qeyd edək ki, Cəmilə Tağızadənin toyu avqust ayında baş tutub. O, bir müddətdir İstanbulda yaşayır.

Share: