Polis narkotik vasitə, eləcə də psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olanlara qarşı daha bir əməliyyat keçirib.
“Qafqazinfo” DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, Yasamal RPİ-nin 26-cı Polis Bölməsinin keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə rayonun müxtəlif ərazilərində, xüsusən Nəriman Nərimanov prospekti (“Sovetski”) və Qədirli küçəsində narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan M.Quliyeva, anası A.Quliyeva və A.Əliyeva tutulublar. Saxlanılan şəxslərin üzərinə və evlərinə baxış zamanı külli miqdarda heroin və psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülüb.
Faktlarla bağlı 26-cı Polis Bölməsində araşdırmalar davam etdirilir.