Sabir Rüstəmxanlı 2023-cü ildə soyad sonluğundakı “ov”dan imtina olunmasını təklif edib.
Kulis.az APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Sabir Rüstəmxanlı deyib.
Deputat təklif edib ki, 2023-cü ilin əvvəlində yeni doğulan uşaqlara yalnız milli soyad sonluğu verilsin: “Ədliyyə Nazirliyi bütün idarələrə bununla bağlı tapşırıq versin və soyad sonluğundakı “ov”dan imtina edilsin”.