NƏSİMİNİN ƏNDİŞƏSİNDƏ
(Çalğın Məhəmməd )
Nəsiminin əndişəsində…
İnsan,insandan başlanır
Bir insan,digər insanda yaranır
Bir insan,digər insanda yaşayır,
Və bir insan,digər insanda bitir.
Nəsiminin əndişəsində…
Bir insan,digər insana aşiqdir
Gözlərin,zümrüd kimi parıldayır göylərdə.
Səninlə,buludların altında uçmaq istəyirəm,
Hey!!!
İnsanlığın əndişəsi
Nəsiminin əndişəsində…
Bir insan,bütün insanlar üçün çalışır.
Bir insan,digər insana hörmət qayildir,
Bir insan,digər insanlara canından keçir,
Və bir insan,digər insanların sağlığına əmniyət içir…
Nəsiminin əndişəsində…
Mən….
Mənim əlimdən bir iş gəlmir.
Mən yalqızam,yol qırağında tək düşən çinar ağacı tək,
(Bu sözləri,şaircik doslarım deyirlər mənə)
Və yeri gələndə…
Mən,şər yazıram insanlara
Elə bir şər ki….
Hərəkət yaratsın insanlarda,
Və isyan…
Yuxularımdan izal ol
Söylə, nəyin itib yuxularımda?
Qoymursan ki, yatam gecələr məni.
Gəzib,axtarıram səni şəhərdə
Bir gün öldürəcək küçələr məni..,
Yuxularımdan izal ol.
Qoy hava gəlsin,
Ulduzlar üstümə səpələnsinlər qoy.
Xəyalının əlindən tut,
Mənə dəymə.
Bədəninin ətrini götürüb,
Gecələr qapımı döymə.
Yuxularımdan izal ol,
İzal ol.
Qoy, yuxularıma başqası gəlsin,
Sənin adını üstümdən açsın.
Və bir gündə…
Əllərimdən tutub yuxularımda,
Məni götürüb qaçsın..
Müstəqil.Az