“Soyqırımının müəllifi ermənilər, qurbanları isə türklərdi” – Sahibə Qafarova

“Soyqırımının müəllifi ermənilər, qurbanları isə türklərdi” – Sahibə Qafarova

“Tarixi faktlar, sənədlər sübut edir ki, ermənilərin kütləvi şəkildə məhv edilməsi halları cəfəngiyatdan başqa bir şey deyil”.

 

Modern.az xəbər verir ki, bunu parlametin iclasında çıxış edən Milli Məclisin sədri Sahibə Qafarova bildirib.

Xanım sədr  bir çox alimlərin araşdırmalarında da bu nəticənin  aydın olduğunu qeyd edib:

“Anadolu və Cənubi Qafqaz ərazisində ermənilər tərəfindən soyqırımı əməlləri həyata keçirilib. Soyqırımı baş verib. Bunun müəllifləri ermənilər, qurbanları isə türklər, azərbaycanlılar və digərləri olub. Düşünürəm ki, Xocalı soyqırımı kimi fakta göz yumanların saxta “soyqırımı” iddaları səsləndirməsi təəssüf doğurur. Avropa İnsan Hüquqları Məhkəməsi təsdiq edib ki, “erməni soyqırımı”ifadəsi tarixi fakt deyil, sadəcə fikirdir”.

Share: