Soyuqdəymənin müalicəsində edilən səhvlər …

Soyuqdəymənin müalicəsində edilən səhvlər …

Valideynlər uşaqlarını soyuqdəymədən müalicə edərkən tez-tez səhvlər edirlər. Bu, adətən nənələrdən insanlara ötürülən köhnə vərdişlər səbəbindən baş verir.

Müstəqil.az  xəbər verir ki, rusiyalı tanınmış həkim Yevgeni Komarovski deyib.

Onun sözlərinə görə, çox vaxt valideynlər uşağın diaqnozunu belə bilmirlər, halbuki həkim artıq onlar üçün müalicə təyin edib. Mütəxəssis valideynlərin ilk növbədə xəstəliyin səbəbi ilə maraqlanmasını tövsiyə edirlər.

Komarovski bilmədən uşağa dərman verən valideynləri də tənqid edib. Onun sözlərinə görə, təbii interferon istehsalındakı pik hədd xəstəliyin üçüncü və ya dördüncü günündə baş verir. Bundan sonra anticismlər istehsal olunur. Yeddinci gündə isə xəstə sağalır.

Komarovski valideynləri övladlarını yaxşı yedizdirməyə və geyindirməyə çağırıb.

“Burun boşluğu yumaq, isti geyindirmək, uşağın normal nəmliyi olan təmiz sərin hava ilə nəfəs almasına çalışmaq lazımdır. Bu zaman orqanizm özü xəstəliklə başa çıxacaq”, – deyə o, vurğulayıb. / Oxu.az

Share: