Son günlər Space tv yenilikləri ilə tamaşaçıların diqqətini cəlb etməyə başlayıb.
Təcrübəli quruluşçu rejissor Könül Əlizadənin yanvar ayının 5-dən sonra Space kanalına “Hər səhər” və Müəllif Departamentlərinə rəhbər kimi gəlişi artıq hiss olunur.
Belə ki, “Hər səhər” verilişi həftə içi hər gün olmaqla , bu gündən – 26 yanvar tarixindən etibarən tanınmış teleaparıcı Mətanət Əliverdiyevanın təqdimatında tamaşaçıları salamlamağa başlayıb.
Axşam verilişi isə , həftə içi hər gün Cavid Gülün aparıcılığı ilə yayımlanacaq.
Bu barədə Müstəqil.Az– a danışan Könül Əlizadə bildirib ki , o, televiziyanın rəhbəri Vaqif Mustafayevin etimadını doğrultmaq üçün əlindən gələni edir və buna görə qazandıqları hər uğur üçün qürur duyur, kollektiv isə tam həvəslə öz işinə davam etməkdədir… Daha gözəl dekorasiyalar, mövzular və peşəkar aparıcılarla maraqlı verilişlər tamaşaçıları gözləyir.
Mətanət Əliverdiyevanın “Hər səhər” verilişinin ilk efirində bu günkü qonaqları isə tanınmış meyxana ustaları , istedadlı müğənnilər Niyam Salami və Rəvan Qarayev oldu.
Əminik ki, Space tv-nin səhər efirini ilk açan hər kəs bir -birindən gözəl musiqiləri, maraqlı informasiyaları, səmimi söhbətləri izləyərək günə pozitiv enerji ilə başlayacaq…
Bu gün tv kanallarının yeniliyə və fərqliliyə ehtiyacı olduğu bir zamanda bütün gücünü bu işə sərf edən,öz işinə böyük bir bacarıq və məsuliyyətlə yanaşan Könül Əlizadəyə və kollektivinə daha böyük uğurlar arzulayırıq.
Aysel Səfərli
Müstəqil.Az