“Sputnik-Azərbaycan”ın rus dili versiyasının buraxılış redaktorları “Qisas” əməliyyatı zamanı Azərbaycanın atəşkəsi pozduğunu iddia edən Rusiya Müdafiə Nazirliyinin məlumatını verməkdən imtina edərək dünən tam tərkibdə istefa veriblər.
“Qafqazinfo” xəbər verir ki, 4 redaktor bu barədə sosial şəbəkədə məlumat yayıb.
Zülfiyə Qurbanova, Cəmilə Əfəndiyeva, Elena Starostina, Gülzar Mustafayeva facebook paylaşımlarında Azərbaycan vətəndaşları olaraq Sputnik-də Azərbaycanın maraqlarını bacardıqca qoruduqlarını, buna gücləri çatmadıqda isə istefa verəmək məcburiyyətində qaldıqlarını yazıblar.