“Fabelmanlar” filminin treyleri yayımlandıqdan qısa müddət sonra heyvan hüquqları müdafiəçiləri ekran əsərinin yaradıcısı Stiven Spilberqə yaxınlaşaraq meymunun iştirak etdiyi səhnələrin kəsilməsini tələb ediblər.
PETA bu tələbi onunla izah edib ki, meymun-aktyorlar tez-tez erkən yaşda ailələrindən zorla ayrılırlar.
Hüquq müdafiəçiləri filmdəki sözügedən səhnəni “qəddar heyvan təlimi sənayesinin təqdiri və iyrənc heyvan ticarətinin reklamı” adlandırıblar və Spilberqdən həmin kadrları kəsməyi xahiş ediblər.
Mənbə: gazeta.ru