NATO qüvvələri Şərqi Avropa və Baltikyanı ölkələrdə lazım olduğu qədər qalacaq.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu NATO-nun baş katibi Yens Stoltenberq bəyan edib.
“Konkret tarix müəyyənləşdirilməyib. Biz orada lazım olduğu qədər qalacağıq”, deyə baş katib vurğulayıb.
Qeyd edək ki, ötən ilin yayında Varşavada keçirilən NATO sammitində Latviya, Litva, Estoniya və Polşada hər birisində bir batalyon olmaqla Alyans hərbçilərinin rotasiya əsasında yerləşdirilməsinə dair razılığa gəlinib.