NATO-nun hazırkı baş katibi Yens Stoltenberq Fransa prezidenti Emmanuel Makronla Ukrayna sərhədindəki vəziyyəti müzakirə edib. Bu barədə Yens Stoltenberq tvitterdə yazıb.
“Prezident Emmanuel Makronla Rusiya qüvvələrinin Ukrayna və onun ətrafında yerləşdirilməsi ilə bağlı yaxşı telefon danışığım oldu. Mən onun NATO-nun Rusiya ilə dialoq aparılması ilə bağlı yanaşmasına şəxsi sadiqliyini alqışlayıram. Bu kritik anda NATO birliyi əsasdır” – deyə o vurğulayıb.
Yelisey Sarayından verilən məlumata görə, söhbət zamanı Makron dialoq vasitəsilə regionda gərginliyin azaldılması üçün səylərin davam etdirilməsinin vacibliyini vurğulayıb. Fransa lideri həmçinin Avropada təhlükəsizliyinin və dövlətlərin suverenliyinin əsas prinsiplərinə riayət edilməsinin vacibliyini bəyan edib.
Müstəqil.Az