Substantiv danışıqlar deyəndə nə nəzərdə tutulur?

Substantiv danışıqlar deyəndə nə nəzərdə tutulur?

30 ilə yaxın idi ki, Ermənistan danışıqların mahiyyətindən yayınır, hər vəchlə danışıqlara texniki xarakter verməklə danışıqların imitasiyası yolu ilə işğala əsaslanan status-kvonu saxlayırdı. Prezident İlham Əliyevin də dediyi kimi status-kvo dəyişdirildikdən sonra Ermənistan ciddi fakt qarşısında qaldı. Bu ölkə artıq  texniki məsələləri hədəf seçərək danışıqlara qeyd-şərt qoymağa çalışa bilməz.

Hələ 2017-ci ildə Hikmət Hacıyev Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri işlədiyi dövrdə Azərtaca verdiyi müsahibəsində substantiv danışıqlar ifadəsini şərh etmişdi:

“Təsadüfi deyil ki, Ermənistan xarici işlər nazirinin “substantiv danışıqlar” sözünə qarşı xüsusi fobiyası var. Substantiv danışıqları bütün beynəlxalq ictimaiyyət dəstəkləyir. Bu danışıqlar R.Hoaqland tərəfindən səsləndirilən və ATƏT-in Minsk qrupunun digər həmsədrləri tərəfindən dəstəklənən münaqişənin həlli prinsiplərinin ciddi müzakirəsini və nəticə etibarilə, münaqişənin həllini nəzərdə tutur”.

Budur, artıq Azərbaycan Moskva danışıqlarında məcburiyyət qarşısında bu ifadələrə istinad edən birgə bəyanatı imzalayıb. Bununla da Ali Baş Komandanımızın dediyi kimi Ermənistana sonuncu şans verilib. Bircə qalır Ermənistan tərəfinin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək. Qısa zamanda hər şey aydın olacaq.   /konkret.az/

Share: