Sudan ordusunun Omdurman şəhərinə hava zərbəsi endirməsi 22 nəfərin ölümü ilə nəticələnib.
Bu barədə Reuters agentliyi Sudanın Səhiyyə Nazirliyinə istinadən xəbər yayıb. Məlumata görə, onlarla insan yaralanıb.
Qeyd edilir ki, son günlərdə döyüşlər məhz bu şəhərdə cəmlənib. Buna səbəb şəhərin qərb hissəsinin çevik reaksiya qüvvələrinin yerləşdiyi Darfurdakı bazası ilə birləşdirən əsas yolu olmasıdır.
İyulun 4-də çevik reaksiya qüvvələrinin bir dəstəsi bildirmişdi ki, onlar həm ölkənin paytaxtını, həm də ona bitişik Omdurman və Bahari şəhərlərini özündə birləşdirən Xartum əyalətinin ərazisinin təxminən 90%-nə nəzarət edirlər.
Mənbə: TASS