Sudan ordusunun bölmələri ilə çevik reaksiya qüvvələri (xüsusi təyinatlılar) arasında baş verən toqquşmalarda 180-dən çox insan həlak olub.
Bu barədə bazar ertəsi BMT baş katibinin Sudan üzrə xüsusi nümayəndəsi və BMT-nin Sudanda Keçid Dövrünə Dəstək Missiyasının rəhbəri Volker Pertes məlumat verib.
Onun sözlərinə görə, münaqişə nəticəsində 1800-dən çox şəxs yaralanıb.
Mənbə: TASS