Sudandakı toqquşmalar zamanı ölənlərin sayı 850-yə çatıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, yaralı sayının isə 3394-ə yüksəldiyi bildirilib.
Rəsmilər qeyd edib ki, həkimlərin paytaxt Xartumdan kənardakı xəstəxanalara çıxışı olmadığı üçün can itkisi daha çox olacaq.
Xatırladaq ki, aprelin ortalarından etibarən Sudanda ordu ilə Çevik Dəstək Qüvvələri arasında mütəmadi olaraq qarşıdurmalar baş verir.