Süddən imtinanın fəsadları

Süddən imtinanın fəsadları

Süddən imtina edilməsi orqanizmə ziyan vura bilər.

“Qafqazinfo” “MedikForum”a istinadən xəbər verir ki, bunu həkim-endokrinoloq, diyetoloq Oksana Mixaleva deyib.

Onun sözlərinə görə, bu, qida maddələri çatışmazlığına səbəb olur.

Mixaleva vurğulayıb ki, məhz süd məhsulları insan orqanizmi üçün əsas kalsium tədarükçüsü rolunu oynayır, onların nəzərə alınmaması kalsium defisitinə gətirə bilər. Əlli yaşdan sonra bu mikroelementin çatışmazlığı osteoporozun inkişafına səbəb ola bilər.

Bundan əlavə, südün tərkibində tez həzm olunan zülal var. Uşaqlarda, yeniyetmələrdə, reproduktiv yaşda olan qadınlarda, yaşlı insanlarda, idmançılarda və fiziki fəaliyyətlə məşğul olan insanlarda bu cür zülala ehtiyac çox yüksəkdir.

Südün tərkibində daha nələr var? O, B qrupu (В12, В1, В6) vitaminləri, A vitamini, C vitamini, fosfor, sink, dəmir, selen kimi sağlamlıq üçün vacib olan vitaminlər və mikroelementlərin mənbəyidir.


Share: