Sularında Xəzərin…

Sularında Xəzərin…
Coşqun XƏLİLOĞLU
Bax, dənizdə üzənə,
Necə gözəl gəmidir,
Gəminin kapitanı
Qonşu Tahir əmidir.
 
Dənizdə gəmisiylə
Gecə-gündüz üzür o,
Nə qədər limanları,
Dənizləri gəzir o.
 
Tahir əmi çox sevir
Seçdiyi sənətini,
Sənəti artırıbdır
Xətrini, hörmətini.
 
Dənizin dalğaları
Ona layladır, şirin,
Bəxtiyardır, üzür o,
Sularında Xəzərin.
 
Yük daşıyır gəmiylə
Şəhərdən-şəhərlərə,
Sanki müjdə aparır
Gələn xoş səhərlərə.
2010.
Share: