Süleyman kapitan: Dənizlə dostluğum hələ də davam edir

Süleyman kapitan: Dənizlə dostluğum hələ də davam edir

Müstəqil.Az saytının Dənizçilərə Sosial Dəstə İB ilə birgə layihəsi olan “Dənizçi həyatı” layihəsinin budəfəki qonağı AXDG QSC XDND-nin balansında olan “Azərbaycan” kran gəmisinin kapitanı Süleyman Əhmədovdur.

– Süleyman kapitan, səninlə Müstəqil.Az-ın “DSD” İB-liyi ilə birgə layihəsi olan “Dənizçi həyatı” layihəsində görüşürük. Necəsən?

– Əlbəttə yaxşıyam, özümü qürurlu hiss edirəm, gənclik illərimizin qəlbimizdə olan ağrısı, Qarabağ nisgili sona çatıb, ölkəmizin ərazisi əvvəlki vəziyyətə gəldikcə, böyüdükcə ürəyimizdə böyüyür.

– Səninlə uzaq illərdən bəri dostuq, yaxından tanıyıram. Amma çox , istərdim ki, sən  özün oxucularımıza özün haqda qısa  da  məlumat verəsən.

– 1961 ci il dekabrın 11-də Kürdəmir rayonun Qağacılı kəndində, Cəbrayıl kişinin ailəsində doğulmuşam. Elə bu kənddə də ayaq açıb yerimişəm, yıxılmışam, durmuşam və ayaq üstə dayanmağı bacarmışam.

Açıklama yok.

– Bu kənddə də orta məktəbə getmisən…

Yox, öz kəndimizdə deyil, qonşu Yenikənd orta məktəbində təhsil almışam. 1978-ci ildə 1 nömrəli Yenikənd orta məktəbini bitirmişəm.

– Və dənizçi olmaq üçün sənədlərini götürüb Bakıya gəlmisən, eləmi?

– Düzdür. 1979-1980-cı illırdə Bakı Dənizçilik məktəbində oxumuşam. Sonra Sovet Ordusu sıralarında xidmət etmişəm. Hərbi xidməti başa vurduqdan sonra  XDND – da matros olaraq işə qəbul olmuşam. Dənizə sevgim daha da artdı, elə ona görə də  qiyabi olaraq Q. Məmmədov adına Bakı Dəniz Yolları məktəbində Gəmi sürücülüyü üzrə təhsil aldım. 1987-ci ildə məktəbi bitirdikdən sonra kapitanın 3-cü köməkçisi təyinatım olub və dənizçi həytatımın daha dərin qatlarına baş vurmuşam.

Şəkilin açıqlaması yoxdur.

– Kürdəmir dənizlə təması olmayan bir regiondur. Dəniz necə göründü sənin üçün oradan. Necə oldu seçimin dəniz oldu?

–  Çox səmimi deyim ki, dənizə təsadüfən, çörək dalınca gəlməmişəm… Dənizçi olmaq uşaqlıqdan  mənim istəyim olub. Peşiman deyiləm. Baxmayaraq ki,  dənizçi olmaq istəyimə  valideyinlərim təkidlə qarşı çıxırdılar, mane olurdular, amma sonunda barışdılar…

Kəndimizin gənclərindən dənizçi olanlar var, amma bu kəndddın ilk dənizçi mənəm.

Fotoğrafı AçFotoğrafı AçFotoğrafı Aç

Dənizə, dənizçi peşəsinə bu qədər istəkdən sonra, doğru seçim etdiyindən əmin olduqdan sonra, de, gözləntin doğruldumu,  dəniz sənin həyatında hansı rolu oynadı, qazandığın nə oldu?

– Ömrümün yarıdan çoxu dənizdə keçib. Dənizlə dostluğum hələ də davam edir. İşləyirəm. Bilirəm ki, vaxt gələcək xatirələrimizin qonağı olacaq dəniz. Dənizçi həyatımızın yaddaşlarda qalan bütün anları da bir-bir yada salacağıq. Qazandığım, dostlarım olub, dözümlü, səbrli olmağı bacarmağım olub və sair.

Şəkilin açıqlaması yoxdur.

İndidən dənizi seçməkdə qərarlı olduğum o günlərə boylanıram və

dönüb geri baxdığımda bunu Allahın bir lütfü olaraq yozuram… Hec vaxt dəniz görməyən bir insanın dənizçi olmasını başqa cür necə yozmaq olar ki?

– Səninlə bir gəmidə işləmişik. İndi Milli qəhrəmanımız  Yuri Kovalyovun adını daşıyan “Sviyaqa” gəmisini Volqaqradın Gəmi qayırma zavodundan qəbul edən heyyətin tərkibində olmuşuq. Maraqlı, macəra dolu günlər az olmadı səkkiz ayda. Çox istərdim ki, yaddaşında qalan ən maraqlı xatırələrindən bəhs edəsən.

– Hə, gənclik dövrümüz idi. Kapitanın 3-cü köməkçisi idim. İlk dəfə idi dənizçi olaraq Xəzərdən kənarda idim. Maraqlı, yadda qalan, nümunə olaraq danışılası, yenidən yaşamaq istədiyin məqamlar az olmadı o vaxtlar. Amma, o maraqlı hadisələrin hər birində səndə vardın axı, o maraqlı hadisələrin bəzilərinin yaradıcısı elə sən idin. Bu baxımdan qalmışam belə,  hansını danışım ki? Xüsusi olaraq onu deyim ki, eyni ölkənin vətəndaşı olsaq da, millət olaraq təəssübkeşliyimiz, fərqli olmağımız ətrafımızdakı  yerli əhalidən olanların, zavod işçilərinin heç xoşuna gəlmirdi. Bizim uşaqlar isə davranışları, savadları və diribaşlı olmaları ilə həm də sevilə bilirdi.

– Kapitansan, kifayət qədər məsuliyyətli bir vəzifənin görəvindəsən. Çətinliyin varmı?

–  2011 ci ildə kapitan olmuşam, 2021-ci ildə isə ilin kapitanı seçilmişəm. Kapitan vəzifəsinə təyinatımdan sonra, bunun necə  məsuliyyətli bir iş olduğunu onda bilmişəm, özümü, mənə edilən etimadı doğrultmaq üçün təcrübəmi, biliyimi, müşahidəmi daha da artırmaq ən ümdə işim olub. Bilirsən ki,  gəmi idarə etmək çox şərəfli bir işdir… Əlbəttə ki,”Azərbaycan”  gəmisinə kapitan olaraq təyinat aldıqda isə necə böyük etimadın göstərildiyini başa düşdüm. Diqqətli olmaq, verilən tapşırıqları vaxt itkisi olmadan yerinə yetirmək… Bu əlbəttə adamda xüsusi bir məsuliyyət tələb edir. 2021-ci ilin yekunlarına görə ilin kapitanı seçildim. O ki qaldı çətinliklərə, əlbəttə çətinliklər yox deyil, var. Peşənə, seçdiyin sahəyə sevgin olmaqla iş bitmir ki… Əvvəlcədən xəyalına gətirə bilmədiyin işlər olur. Buna görə hər şeyə hazır olmalısan. Təbii fəlakətlər, qasırğalar, müxtəlif hava şəraitlərinin gətirə biləcəyi fəsadlar, öhdənə düşən işi başa çatdırmaq üçün şəraitə uyğun hərəkət etmək, gəmini, yükü, ən əsası isə heyyəti qorumaq və sair. Hər halda kapitan kimi idarə etməni də qurmağın öz tələbləri və çətinlikləri var. Yorulmamışam və bu çətinliklər zaman-zaman dəf olunub arxada qalan olaylardı.

Tez-tez sənin əzbərdən bildiyim bu şeiri yada salıram:
Dəniz elə həmənkidir,
gah mülayim, üzə gülər,
Gah da dönüb ölüm olar, bizi güdər.

Dənizçidə dözüm gərək, ölümünə baxa bilsin
Ölümünə qalib gəlsin, yıxa bilsin

Dənizçinin yuxusuna

torpaq ətri girər hər gün
Yanıb, sönən mayaklarda

ümüd adlı bir közərti görər hər gün.

Dənizçiyə dalğaların arasından

əl eləyər su pərisi,
dənizçiyə ad verərlər: “Su dəlisi”

– Çox sağ ol ki, şeirimi əzbərdən deyirsən, açıq deyim ki, bu mənə çox xoş oldu. Süleyman kapitan,mtəcrübəli gəmi kapitanı olaraq,  bəs dənizçilərimizin sosial durumu haqda fikirlərinizi, necə bilmək olarmı?

– Bütün sahələrdə olduğu kimi dəniz sahəsində çalışanların da sosial durumunda hansısa çətinliklər yox deyildir. Hər halda zaman keçir və hər şey özünün müsbət həllini tapir. Müharibə və müharibənin gətirdiyi problemlər, əlbəttə, dənizçilrdən də uzaq deyil. Yaxşı haldır ki, “Dənizçilərə Sosial Dəstək” İctimaii Birliyi QHT olaraq problemlərin ictimailəşdirilməsində müəyyən qədər işlər görür və bu təşkilatdan daha çox işlər görməsini gözləyirik. ASCO ailəsi isə, Azərbaycandakı digər mühüm strukturlar, nazirliklərlə müqayisədə işçilərinin qaayğısına qalmaqda heç də geri qalmır, əksinə nümunə göstərilir, desək yanılmarıq.

– MəlBir 4 nəfər, ayaqüstə duran insanlar və açıq hava şəkili ola bilərumdur ki, AXDG QSC-nin bütün strukturlarında fəaliyyəti fərəhverici amillərlə yaddaşlara köçür, düzdür, dedi-qodu, bunları görməzdən gələnlər də var. Köhnə gəmilərin istismardan çıxarılması ilə yanaşı, yeni müasir gmilərin alınması donanmanın gəncləşməsindən xəbər verir. Bəs, təcrübəli kapitan olaraq, gəmiçiliyimizin daha da inkişafı etməsi haqda sənin  fikirlərini  öyrənmək istəsələr nə deyərdin?

– Birmənalı olaraq demək olar ki, dənizi olan ölkələr, dənizə çıxışı olmayan ölkələrdən ən azı bir pillə yüksəkdə durur; iqtisadiyyatı, mənəvi dünyası və sairlə. Biz, Azərbaycan olaraq bir çox ölkələrdən yüksəkdəyik, bunu dəyərləndirməli, qorumalı və başa düşməliyik. Ölkəmizin iqtisadi durumunun yaxşılaşmasında, əlbəttə ki, əsas rolu oynayan sahələrdən biri də nəqliyyat sektorudur ki, ASCO da bunun əsasını təşkil edir. Sözssüz ki, olanların qədrini bilməklə yanaşı, bu olanlarla kifayətlənməməliyik. Yeniliklərə imza atmalı, istismarda olan gəmiləri daha işlək vəziyyətdə saxlamalı, yeni gəmilər almalı, yaxud tikməliyik ki, donanmamız dünya sularında daha da boy verə bilsin. Savadlı kadrlara gəldikdə isə, ADDA bu missiyanı ləyaqətlə yerinə yetirir.

-Müsahibəyə görə çox sağ ol.

– Faiq, sən sağ ol, var ol ki, dənizçilərimizin həyatı, onların dünyaya baxışı haqda silsilə yazılar yazır, müsahibələr alırsan …
Söhbətləşdi: Faiq Balabəyli

 

Share: