Dağlıq Qarabağdakı Rusiya sülhməramlı qüvvələrinin mühəndis bölmələri əraziləri minalardan təmizləməyə davam edir.
Müstəqil.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, 23 noyabr 2020-ci il tarixindən başlayan əməliyyatlar müddətində Rusiya sülhməramlı qüvvələrinin mühəndis bölmələri tərəfindən 530 hektar ərazi, 201 kilometr yol, 751 tikili döyüş sursatlarından təmizlənib, 23 mindən çox partlayıcı zərərsizləşdirilib.
Aşkar edilmiş partlayıcı vasitələr və partlamamış döyüş sursatları xüsusi təchiz edilmiş poliqonda məhv edilir. Evakuasiya edilə bilməyən döyüş sursatları isə yerindəcə zərərsizləşdirilir.(Mətbuat.az)