“Sülhməramlılar öz missiyasını ya anlamır, ya da…”

“Sülhməramlılar öz missiyasını ya anlamır, ya da…”

Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli “Şərq”ə deyib ki, Cəmil Babayevin Rusiya sülhməramlılarının nəzarətində olan əraziyə keçməsindən xeyli zaman keçir. Partiya təmsilçisinin sözlərinə görə, C.Babayevə qondarma rejimin “sərhədlərini qanunsuz keçmə”, “azyaşlıları təhdid etmə” və “casusluq” ittihamı ilə cinayət işi açılıb:

“Ermənistan mətbuatı bu xəbəri tirajlayır. Cəmil Babayev Azərbaycan vətəndaşıdır və Respublika ərazisi daxilində hərəkət sərbəstdir. Burada yalnız hərbi qulluqçunun öz yerini qanunsuz tərk etməsindən söhbət gedə bilər ki, bunu da ölkəmizin hüquq-mühafizə orqanları araşdırmalıdır. Bu məqam və Cəmil Babayevin ora necə gedib çıxmasını araşdırmaq sonrakı məsələdir.
Rus sülhməramlıları bölgəyə qondarma rejimin öz qanunsuzluqlarını davam etdirməsini müşahidə etmək üçün yerləşdirilməyib. Əgər Azərbaycan əsgəri erməni hərbçiləri tərəfindən saxlanılıbsa, demək,  sülhməramlıları öz missiyasını ya anlamır, ya da icra etmək fikrində deyil.
General Muradovun vəzifəsi əsgərimizi ölkəmizə qaytarmaqdır. Əgər rus sülhməramlıları erməni hərbçiləri qarşısında acizdirsə, bunu açıq etiraf etsinlər. Azərbaycan ordusu qanuni və hüquqi yolla onları başa salmaq gücündədir. Yenidən gərginliyin yaranmaması üçün Azərbaycan əsgəri ən qısa müddətdə sərbəst buraxılmalıdır”.

Share: