Biz Ermənistana etdiyimiz bərabər və ədalətli sülh təklifimizi bir daha təkrarlayırıq və ikitərəfli əsasda və ya hər hansı qərəzsiz və neytral üçüncü tərəfin vasitəçiliyi ilə işləməyə çağırırıq.
xəbər verir ki, bu barədə xarici işlər naziri Ceyhun Bayramov Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin görüşündə çıxışında bidirib.
Nazir bildirib ki, biz Ermənistandan qarşılıqlı səmimi fədakarlıq gözləyirik.
“Sülhün və mehriban qonşuluq münasibətlərinin faydaları bəzi uzağı görə bilməyən geosiyasi manipulyasiyalara qurban verilməməlidir. Ortaq maraqlara, qətiyyətə, qarşılıqlı hörmətə və faydalara diqqət yetirməklə, biz daha firavan, sabit və əlaqəli “Şərq Tərəfdaşlığı” regionu qura bilərik”, – deyə Ceyhun Bayramov vurğulayıb.