Müstəqil.Az xəbər verir ki, Sumqayıt Dövlət Dram Teatrı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə “Qonaq Teatr” layihəsi çərçivəsində Aktyor evində “Ocaq” tamaşası ilə çıxış edəcək.
Ünlü Türkiyə yazıçısı Turkut Ozakmanın əsərinə teatrın baş rejissoru, Xalq artisti Firudin Məhərrəmov quruluş verib.
Sıxıntılar içində yaşayan bir ailənin faciəsi kontekstində cəmiyyət, zaman və insan problemləri süjet xəttini təşkil edir.
Xatıradaq ki, Azərbaycan Teatr Xadimləri İttifaqının gerçəkləşdirdiyi festivala qatılan Sumqayıt teatrının çıxışı iyulun 3-də axşam saat 18⁰⁰da Aktyor evində baş tutacaq.
Müstəqil.Az