Xocalı soyqırımı qurbanlarının əziz xatirəsinə ithafən…
Milli mücadilə tariximizdə qarşımıza çıxan əngəllər, yolumuza diyirlənən ağır daşlar, üstümüzə qıcanmış dişlər sırasında bir məşum gecə var: Xocalı qətliamının törədildiyi 26 fevral müsibəti .
Arzuların, ümidlərin güllə – boran edildiyi soyuq fevral gecəsində erməni cəlladlarının vəhşilikləri qanı damarda dondurdu.
Dünya belə zorakılığa şahid olmamışdı, ər igidlərimiz Şəhid oldular, insanları əsir götürüb amansız işgəncələr verdilər.
Nə xoş ki, müqəddəs Vətən müharibəsində qalib Ali Baş Komandan, müzəffər Ordumuz düşmənə layiq olduğu yeri göstərdi. Azərbaycanın sarsılmaz gücünü dünyaya göstərdi. Şəhidlərimizin qisası alındı.
Heç şübhəsiz, tarixin ayrı-ayrı dönəmlərində baş verənlər ədəbiyyatda, incəsənətdə öz əksini tapır və gələcək nəsillərə ötürülür.
Sumqayıt Dövlət Dram Teatrının yaradıcı heyəti də Xocalı faciəsi ilə bağlı videoçarx hazırlayaraq online formatda daimi izləyicilərinə çatdırır. Eyni zamanda 26 fevral saat 18:00-da Akif Həsənoğlu “Yanmış evin nağılı” səhnə əsəri teatrımızın facebook səhifəsində canlı nümayiş olunacaq.
Teatrın mətbuat xidməti
Müstəqil.Az