Sumqayıt hadisələrində həqiqətlərin üzə çıxması Ermənistana, ermənilərə sərf etmir

Sumqayıt hadisələrində həqiqətlərin üzə çıxması Ermənistana, ermənilərə sərf etmir.

Bunu -ya açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Deputat qeyd edib ki, ermənilər uzun illər xalqımıza qarşı qanlı cinayətlər törədiblər: “Özü də bu cinayətlərə “haqq qazandırmaq” üçün müxtəlif oyunlara, çirkin ssenarilərə baş vurublar. Kimsəyə sirr deyil ki, bu zaman da onlara Qərbdəki, yaxud şimaldakı dostları, ağaları dəstək veriblər. 36 il öncə Sumqayıtda baş verənlər də həmin silsiləyə daxildir. Sumqayıt hadisələrinin SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) ssenarisi əsasında Ermənistanın və erməni millətçilərinin maraqlarına və planlarına uyğun hazırlanaraq həyata keçirildiyi kimsəyə sirr deyil. Eyni zamanda Ermənistan xüsusi xidməti və erməni millətçilərinin bu hadisələrdə fəal iştirakı da təkzibolunmaz faktlardır. Bunun belə olduğunu sadə bir şəkildə isbat etmək üçün hadisələrin törədilməsi və ondan sonra baş verənlərin xronologiyasına nəzər yetirmək kifayətdir. Təsadüfi deyil ki, Sumqayıt hadisələrindən hadisələri qızışdıran və qətlləri törədən məhz ermənilər olub. Onlara rəhbərlik edən isə iki dəfə məhkum olunmuş Eduard Qriqoryanla adlı erməni olub. Amma nəticədə, proses necə davam etdi? Əsas təşkilatçı Eduard Qriqoryan olsa da, məhz keçmiş SSRİ DTK-sının cızdığı ssenariyə uyğun olaraq Sumqayıt hadisələrinin təşkilatçısı kimi azərbaycanlı Əhməd Əhmədov güllələndi. Halbuki şahid ifadələri əsl günahkarın əslində erməni əsilli Eduard Qriqoryan olduğunu sübut edir. Lakin onu sürətli bir şəkildə Moskvaya apararaq qorudular. Çünki o, məhz DTK-nın sifarişini yerinə yetirmişdi”.

Deputat qeyd edib ki, hadisə zamanı öldürülən 26 erməni də xüsusi olaraq seçilib: “Bəzi məlumatlara görə həmin ermənilər Ermənistanın və separatçıların Azərbaycan əleyhinə hazırladığı planın reallaşması üçün yaradılan fonda pul köçürməkdən imtina ediblər. Buna görə də Sumqayıt hadisələrinin təşkilatçı və icraçıları, yəni SSRİ DTK-sı və xüsusi seçilmiş erməni canilər onları öldürməklə, necə deyərlər “bir güllə ilə iki dovşan” vurmuş olublar. Bu, bir tərəfdən “Azərbaycanda ermənilərə qarşı qətliam törədildi” hay-küyü üçün “əsas” olub, digər yandan da sarsaq “böyük Ermənsitan” ideyasına qarşı çıxan ermənilər aradan götürülmüş olub. Yeri gəlmişkən, özünü demokrat kimi qələmə verən Paşinyan niyə arxivlərin açılmasını təmin etmir? Görünür, qondarma “erməni soyqırımı” məsələsində olduğu kimi, Sumqayıt hadisələrində də həqiqətlərin üzə çıxması Ermənistana, ermənilərə sərf etmir”.

Share: