2022/23 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçunun keçidini reallaşdırıb.
Müstəqil.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, son mövsümü “Nasional”da (Portuqaliya) keçirmiş 28 yaşlı hücumameyilli yarımmüdafiəçi Filipe Çabi ilə 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Filipe Çabi Portuqaliyanın “Sportinq” (Lissabon) klubunun yetirməsidir. O, “Sportinq”lə yanaşı “Uniao Madeyra”, “Belenenseş”, “Kovilya”, “B SAD”, “Koimbra” və “Nasional”ın uğurları üçün çalışıb. Çabi Portuqaliyanın U-16, U-17, U-18 və U-19 millilərinə də dəvət alıb.
Mənbə:“Qafqazinfo”