Sumqayıtda 8 aylıq hamilə intihar edib.
Müstəqil.Az “Qafqazinfo”ya istinad edərək xəbər verir ki, hadisə ötən gecə şəhərin Yaşıl dərə yaşayış massivində baş verib. Şəhər sakini, 2000-ci il təvəllüdlü Dadaşova Raya Elşən qızı gecə saatlarında Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Lakin onun artıq vəfat etdiyi müəyyən edilib. Məlum olub ki, o, yaşadığı evdə kimyəvi maddə içərək özünü öldürüb.
Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.
Müstəqil.Az