Sumqayıt şəhərində ümumi sahəsi 42 m² olan avtomobil təmiri sexinin içərisində avtomobil ehtiyat hissələri, məişət tullantıları və yağ qalıqları 8 m² sahədə yanıb.
“Qafqazinfo” xəbər verir ki, bu haqda FHN məlumat yayıb.
Bildirilib ki, yüksək temperaturdan lambirdən ibarət tavan 15 m² sahədə əriyib. Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.