Sumqayıtda fəhlə zavodda xəsarət alaraq ölüb

Sumqayıtda fəhlə zavodda xəsarət alaraq ölüb

Sumqayıtda fəhlə zavodda xəsarət alaraq ölüb

Sumqayıtda “Azərboruyayma” istehsalat sahəsində baş vermiş bədbəxt hadisə ilə bağlı açıqlama yayıb.

Qurumdan -ya verilən açıqlamada bildirilir:

“Sumqayıt şəhərindəki Azərboru istehsalat sahəsində fəhlə işləyən 1989-cu il təvəllüdlü Elşən Rasim oğlu Hacıyev iş yerində dünyasını dəyişib. Hazırda ölümün baş vermə səbəbləri araşdırılır. Hüquq-mühafizə orqanları faktla bağlı araşdırmaya başlayıb. Daha ətraflı məlumat araşdırma bitdikdən sonra ictimaiyyətə təqdim olunacaq”.

***

16:35

Sumqayıtda zavodda ölüm faktı baş verib.

xəbər verir ki, hadisə Sumqayıt Boruyayma zavodunda qeydə alınıb. Zavodda fəhlə işləyən 1989-cu il təvəllüdlü Haciyev Elşən Rasim oğlunun başına iş zamanı boru düşdüyü, onun aldığı xəsarətdən öldüyü bildirilir.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.

Share: