Sumqayıtda itlər kütləvi şəkildə zəhərlənib.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb. Məlumata görə, itlərin kütləvi zəhərlənməsi 28-28 iyulda baş verib. Belə ki, yayılan məlumatlarda o da qeyd olunub ki, zəhərlənən itlər arasında dövlət qeydiyyatında olanlar da var.
Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, görüntülər qeydə alınıb: “Görüntülərlə bağlı Sumqayıt Şəhər Polis İdarəsində araşdırmalara başlanılıb. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.