16 mart 2024-cü il tarixində 1961-ci il təvəllüdlü Sara Nəcəfova Sumqayıt Tibb Mərkəzinin nəzdində olan 1 nömrəli xəstəxanada nevroloq və qastereontoloq müayinəsindən keçib, MRT müayinəsi üçün göndəriş verilib.
Bu barədə -ya Sumqayıt Səhiyyə Şöbəsindən məlumat verilib.
Qeyd edilib ki, tibb müəssisəsində saat 18:15 radələrində S.Nəcəfovanın qəfil halı pisləşib, ilkin təxirəsalınmaz tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
S.Nəcəfova MRT müayinəsini gözləyərkən ondan əvvəl 1 nəfər olub ki, o da müayinədə olub.
S.Nəcəfovanın ölüm səbəbi təşrihdən sonra məlum olacaq.
***
16 mart, saat 22.09
Sumqayıtda müayinə olunmaq üçün xəstəxanaya gələn pasiyent növbədə ölüb.
xəbər verir ki, hadisə Sumqayıt şəhərində xəstəxanalardan birində qeydə alınıb.
MRT müayinəsi olunmaq üçün növbə gözləyən 1961-ci il təvəllüdlü Sara Oktay qızı Nəcəfova xəstəxanada ölüb.
Fakt araşdırılır.