Sumqayıtda neft kəmərində qəza oldu — Yenilənib

Sumqayıtda neft kəmərində qəza oldu — Yenilənib

Sumqayıtda neft kəmərində qəza olub.

“Qafqazinfo” xəbər verir ki, hadisə axşam saatlarında şəhərin Yaşıldərə yaşayış massivində qeydə alınıb.

Texniki qəza nəticəsində yaxınlıqdakı evlərin həyətinə neft dolub. Hadisə yerinə polis, FHN və digər aidiyyəti qurumların əməkdaşları cəlb olunub.

Qəzanın qarşısının alınması istiqamətində tədbirlər görülür.

***

Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazisində neft kəmərində sızma baş verib.

Fövqəladə Hallar Nazirliyindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyin mütəxəssisləri əraziyə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.

Hadisənin ilkin qiymətləndirilməsi zamanı Bakı-Sumqayıt yolunun 27-ci kilometrliyində neft kəmərində sızma baş verdiyi müəyyən olunub.

Hazırda neft sızması ilə əlaqədar təhlükəsizlik tədbirləri çərçivəsində FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri ərazidə növbə çəkir.

Sail Ağasəlim


Share: