Türkiyədə zəlzələ ilə bağlı təxirə salınmış futbol liqalarında oyunların yeni tarixi bəlli olub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti Mehmet Büyükekşi yerli mətbuata açıqlama verib.
O, Super liqa, 1-ci Liqa və digər çempionatlar martın 3-4-də bərpa olunacağını deyib.
Daha əvvəl isə 10, 11, 12 və 13 fevrala nəzərdə tutulan Super liqa, 1,2, 3-cü liqaların matçlarının 17, 18, 19 və 20 fevralda oynanılacağı bildirilmişdi.
Qeyd edək ki, son məlumatlara əsasən, Türkiyədə fevralın 6-da baş vermiş zəlzələ nəticəsində 16 546 nəfər həlak olub, 66 132 nəfər yaralanıb.