Prezident İlham Əliyevin tapşırığına əsasən, Ermənistan silahlı qüvvələrinin işğalından azad edilmiş Tərtər rayonunun Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yollarının bərpasına başlanılır.
Bu barədə REAL-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.
Ümumi uzunluğu 29 km olan avtomobil yollarının bərpası üçün hazırlıq işlərinə start verilib.
Müstəqil.Az