Müstəqil.az xəbər verir ki, Suraxanı gənclər evinin hər həftə təşkil etdiyi “Kitab klubu” layihəsi çərçivəsindəki növbəti qonağı şairə Aysel Xanlarqızı və Rəbiqə Nazimqızı oldu.
Gələn qonaqlar gənclərə öz yaradıcılığından,kitablarından bəhs ediblər.
Gənclərlə ədəbiyyat haqqında müxtəlif ədəbi müzakirələr aparılıb, onlara kitab seçimlərində öz tövsiyələrini veriblər.Həmçinin şairlər gənclər üçün öz şeirlərini səsləndirib və gənclərə müəllifi olduğu kitabları hədiyyə ediblər.
Suraxanı gənclər evinin kollektivinin yeniyetmə və gənclərin öz asudə vaxtını səmərəli keçirmələri üçün yaratdıqları dərnəklər gələn qonaqlar tərəfindən gözəl qarşılanıb.
Suraxanı gənclər evi kollektivinə uğur arzulayırıq .
Aysel Səfərli
Müstəqil.az