Müstəqil.az xəbər verir ki, 06.07.2022-ci il tarixində Suraxanı Gənclər evinin “Kitab klubu”nun növbəti qonağı şair Qabil Ədalət oldu.
Şair gənclərə öz yaradıcılığından bəhs edib, kitablar üzərindən müxtəlif ədəbi müzakirələr aparmış və daha sonra gənclərə kitab seçimlərində öz tövsiyələrini vermişdir. Həmçinin şair gənclər üçün öz şeirlərini səsləndirib və müəllifi olduğu kitabları hədiyyə etmişdir.