Ermənistan silahlı qüvvələri tərəfindən Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törədilən genişmiqyaslı təxribatın qarşısı alınarkən Suraxanı rayonundan şəhid olmuş hərbiçimiz Həsənov İbrahim Şöhrət oğlunun nəşi bu gün doğulub boya-başa çatdığı Bülbülə qəsəbəsinə gətirilərək Şəhidlər Xiyabanında dəfn olunub.
“Qafqazinfo” xəbər verir ki, dəfn olunduqdan sonra Azərbaycanın müqəddəs üçrəngli bayrağı şəhidin atası Şöhrət Həsənova təqdim edilib.
Qeyd edək ki, 18 yaşlı şəhidimiz İbrahim Həsənov özündən sonra bizlərə oğul övladını əmanət qoyub.
Torpaqlarımızın ərazi bütövlüyü uğrunda qəhrəmanlıqla Şəhidlik zirvəsinə ucalmış bütün hərbi qulluqçularımıza Allahdan rəhmət diləyir, onların ailələrinə, yaxınlarına dərin hüznlə başsağlığı veririk! Şəhidlərimizin qanı yerdə qalmadı!