Suriya tayfalarından Türkiyəyə çağırış: Bu şəhəri azad edin!

Türkiyə ordusunun Menbiçi azad etməsinin istəyirik.

Müstəqil.Az xəbər verir ki, bu barədə Suriya Əşirətlər və Qəbilələr Məclisinin bəyanatında deyilir.

Bəyanatda Türkiyənin “Sülh çeşməsi” əməliyyatının dəstəkləndiyi vurğulanır:

“Menbiçin hərbi müxalifətin nəzarətinə verilməsini istəyirik”.

Məclisdə iştirak edən Suriya Milli Ordusunun (SMO) komandanlarından biri Əbu Əli Succo azad edilən bölgəyə girməyə hazır olduqlarını ifadə edib:

“Biz bu torpaqların sahibiyik. Menbiçi yenidən qurmaq istəyirik. Allahın izni ilə Menbiçi və Eyn əl-Ərəbi fəth edəcəyik. Bütün Suriyanı azad edəcəyik”.

Kamran Ə.

Share: