Suriyada miqrant gəmisinin batması nəticəsində ölənlərin sayı artdı

Suriyada miqrant gəmisinin batması nəticəsində ölənlərin sayı artdı

Suriya dənizində Livandan Avropaya getmək istəyən qeyri-qanuni miqrantları daşıyan qayığın batması nəticəsində həyatını itirənlərin sayı 94-ə çatıb.

Müstəqil.Az xəbər verir ki, Livanın rəsmi agentliyi NNA-da dərc olunan bəyanatda, Livanın Yüksək Yardım Komitəsinin sədri general-mayor Məhəmməd Hayırın 22 sentyabrda baş vermiş gəmi qəzası ilə bağlı paylaşdığı son məlumatlar yer alıb.

O, axtarışlar zamanı xilas edilən 5-i Livanlı, 2-si Fələstinli və 12-si Suriyalı olmaqla 19 şəxsin xəstəxanada müalicə altına alındığını qeyd edib.

Hayır xəstəxanada olan livanlı və fələstinlilərin vəziyyətləri yaxşılaşdıqdan sonra ölkəyə qaytarılacağını bildirib.

Qeyd edək ki, sentyabrın 22-də Livanın şimalından yola düşən qeyri-müntəzəm miqrant qayığı batıb.

Müstəqil.Az

Share: