Suriyada münaqişənin hərbi fazası başa çatıb. AzVision.az xəbər verir ki, bunu Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeriy Gerasimov Moskva Beynəlxalq Təhlükəsizlik Konfransında bəyan edib.
Onun sözlərinə görə, 1400 – dən çox yaşayış məntəqəsi, o cümlədən Hələb, Palmira, Deyr-əz-zor, Əbu-Kamal, Dəra, 8 neft və qaz sahəsi azad edilib. On minlərlə silahlı, 650-dən çox tank, 3500 silah və mina atan məhv edilib. 42 mindən çox silahlı təslim olub.
“Artıq siyasi həll mexanizmi işə salınıb və münaqişə tərəflərinin barışdırılması prosesi başladılıb”, Gerasimov deyib.