Suriyada növbəti prezident seçkiləri mayın 26-da keçiriləcək.
Bu barədə “RİA Novosti” xəbər verir. Məlumata görə, bu barədə Xalq Şurası (parlament) qərar qəbul edib. Prezidentliyə namizədlərin irəli sürülməsi aprelin 19-da başlayacaq.
“26 may çərşənbə gününün Suriyada olan vətəndaşlar üçün prezident seçkiləri günü olmasına qərar verildi. Suriyanın xaricində olan Suriya vətəndaşları üçün seçkilər mayın 20-də, saat 07:00-dan diplomatik nümayəndəliklərin ərazisində keçiriləcək. Namizədlərin qeydiyyatı 19 aprel bazar ertəsi günü başlayır və 10 gün davam edəcək”, – parlament iclasında açıqlanan qərarda bildirilir.
Qeyd edək ki, Suriyada son prezident seçkiləri 2014-cü ildə keçirilib.
Müstəqil.Az