Suriyada qeyri-qanuni silahlı birləşmələrin üzvləri diversiya aktivliyini artırıblar.
xəbər verir ki, bu barədə Rusiya Müharibə edən Tərəflərin Barışıq Mərkəzinin rəis müavini, general-mayor Yuri Popov məlumat verib.
“İdlib deeskalasiya zonasında aktivlik artıb”, – məlumatda deyilir.
Onun sözlərinə görə, cümə günü, martın 29-da Suriya Silahlı Qüvvələri Hələb əyalətində silahlıların hücumunu dəf edərkən azı dörd terrorçunu məhv edib. İki gün əvvəl İdlib vilayətinin cənubunda qeyri-qanuni silahlı birləşmələrin azı 6 üzvü öldürülüb.